Almaniyanın Konrad Adenauer Fondu YAP Gənclər Birliyinin fəallarına təlim keçəcək. YAP GB-dən SİA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin genişlənən beynəlxalq əlaqələri Almaniyanın Konrad Adenauer Fondu ilə əməkdaşlıqla davam edir.
Fondun Cənubi Qafqaz üzrə regional proqramı çərçivəsində, mart ayının 28-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup fəalı ilə "Strateji komunikasiyalar" mövzusunda təlim təşkil ediləcək.Təlim Fondun almaniyalı təlimçi-eksperti Juri Schnöller tərəfindən təqdim ediləcək. İngilis dilində təşkil ediləcək təlim "Yeni mediya əsrində siyasi kommunikasiyalar və vətəndaş dialoqu", "Effektiv ünsiyyət üçün əsas amil kimi ismarıc hazırlanması", "Emosiyalar və insanların fəallaşdırılması yolları" və "Uğurlu mediya strategiyasına yeddi addım" adlı mövzular istiqamətində planlaşdırılıb.
Keçirilən təlim üzrə gənclərimizlə qarşılıqlı iş prosesi nəzərdə tutulub.
Proqramın davamı olaraq mart ayının 29-da təlim iştirakçıları "31 Mart Soyqırım" qurbanlarını yad etmək məqsədi ilə "Quba məzarlığına" ziyarətə yola düşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB