İranın “Talışıstanın səsi” adlı radio ilə əlaqəsi olduğuna dair xəbərlər həqiqəti əks etdirmir
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Qarabağ separatçılarının martın 20-dən Şuşa şəhərində "Talışıstanın səsi" adlı radio yayımlamağa başlaması ilə əlaqədar açıqlama yayıb. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək fəaliyyətlərə qarşıdır: "İrana qarşı olan bəzi İran vətəndaşları da dünyanın bir çox KİV-lərində fəaliyyət göstərməkdədir və belə şəxslərin "Talışıstanın səsi" adlı radioda olması onların İranla əlaqədar olduğu anlamına gələ bilməz. İranın "Talışıstanın səsi" adlı radio ilə əlaqəsi olduğuna dair xəbərlər həqiqəti əks etdirmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB