Davudoğlu: "Üzr istənməsəydi, bu məsələ bir əsr də sürsə, bağlanmazdı"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da İsrailin "Mavi Mərmərə" hücumu ilə bağlı üzr istəməsinə münasibət bildirib. Davudoğlu iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün 3 il ərzində müxtəlif vasitəçilərlə İsrailə tələblərini irəli sürdüklərini, son vaxtlar da ABŞ-ın dövlət katibi Con Kerri ilə bu məsələdə müzakirələr apardığını bildirib. "İlk dəfə sülh şəraitində, bizimlə müharibə şəraitində olmayan bir ölkənin ordusu bizim vətəndaşlarımızı öldürdü. Bunun qarşılığı var və bir əsr də sürsə, biz bu məsələdəki mövqeyimizi dəyişdirməyəcəyik. Nəhayət, sağlam fikir qalib gəldi, gərəkli hər şey edildi və bu mərhələyə gəlib çıxdıq. Üzr istənməsəydi, bu məsələ bir əsr də sürsə, bağlanmazdı". Əhməd Davudoğlu həmçinin bildirib ki, bu addım İsrailin beynəlxalq əlaqələrdə mövqeyinin yaxşılaşması baxımından da böyük əhəmiyyət daşıyır.
"Mavi Mərmərə" gəmisinə hücum zamanı həyatını itirənlərin ailələri də İsrailin Türkiyədən rəsmi şəkildə üzr istəməsinə münasibət bildiriblər. Onlar əsas məqsədin maddi təzminat olmadığını vurğulayıb və İsrailin üzr istəməsini çox müsbət qarşıladıqlarını deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB