BMT mənzil qərargahında Beynəlxalq Novruz günü münasibəti ilə xüsusi tədbir keçirilib. SİA-nın BMT informasiya mərkəzinə istinadən verdiyi məlumata görə, tədbir iştirakçılarına müraciət edən təşkilatın baş katibi Pan Gi Mun bildirib ki, bu bayram təbiətlə harmoniyanı, insan həmrəyliyi və yeni başlanğıcları simvollaşdırır: "Bu, iqlim dəyişikliyi, yoxsulluqla mübarizə və uzun müddət sürən münaqişələrin həlli problemlərini aradan qaldırmaq üçün tələb olunan dəyərlərdir".
Qeyd edək ki, Novruz bayramı 2009-cu ildə YUNESKO qeyri-maddi mədəni irs nümunələrin reprezentativ siyahısına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB