Elçin Mirzəbəyli: “Aviareysin açılması Türkiyəyə heç bir iqtisadi uğur gətirməyəcək” MÖVQE

Elçin Mirzəbəyli: “Aviareysin açılması Türkiyəyə heç bir iqtisadi uğur gətirməyəcək” MÖVQE

Türkiyə və Azərbaycan ictimaiyyəti Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişafından narahatdırlar. Hətta bununla bağlı dəfələrlə həm rəsmi dövlət səviyyəsində, həm də ayrı-ayrı qeyri-hökumət təşkilatları (QHT), media nümayəndələrinin fikirlərində bu münasibət ortaya çıxıb. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli Van-İrəvan aviareysinin açılması məsələsinə münasibət bildirərkən deyib.

E.Mirzəbəylinin sözlərinə görə, çox təəssüflər olsun ki, bütün bu etirazlara baxmayaraq, eyni zamanda iki ölkə arasında strateji əlaqələrin inkişafı üçün Azərbaycan tərəfinin kifayət qədər ciddi addımlarına rəğmən bu münasibətlərə xələl yetiriləcək siyasət aparılır: "Türkiyədə Van-İrəvan aviareysinin açılması da məhz bu qəbildən olan addımlardandır. Hətta bəzi dairələr bunu iqtisadi dairələrin əli ilə həyata keçirirlər və bəyan etməyə çalışırlar ki, guya bu iqtisadi bir layihədir. Təbii ki, bu kökündən yanlış məsələdir. Çünki adı çəkilən bu reysin açılması Türkiyəyə heç bir iqtisadi uğur gətirməyəcək. Əksinə Azərbaycanla Türkiyə arasında çox ciddi iqtisadi layihələr mövcuddur. Eləcə də ölkəmiz özünün bütün enerji layihələrini Türkiyə vasitəsilə həyata keçirib ki, bu da təbii ki, Azərbaycanın rəsmi Ankaraya olan münasibətinin göstəricisi kimi dəyərləndirilməlidir. Van-İrəvan aviareysi ilə bağlı həyata keçirilən layihə isə siyasi, manipulyativ layihədir. Hətta Türkiyənin bəzi dairələri bunu ABŞ-ın təzyiqləri altında həyata keçirildiyini bildiriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə