Fransada Azərbaycanlı tələbələrin fransız parlamentarilərinin göstərişi ilə döyülməsi cinayət hadisəsidir. Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə fevralın 25-də erməni təşkilatlarının Fransa Milli Assambleyasında təşkil etdiyi tədbirdə Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın və azərbaycanlı tələbə Vüsal Hüseynovun ermənilər tərəfindən vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ermənilər bu hadisə ilə real olaraq maskalarını çıxararaq özlərini nümayiş etdirdilər: "Ümidvarıq ki, bu hadsiəyə lazımı qiyməti Fransa hökuməti verəcək. Bununla yanaşı bəzi fransız parlamentariləri bu hadisəni həyata keçirənləri və onlara dəstək verən bəzi deputatları qınayıblar. Bu hadisəyə hüquqi qiyməti Fransanın hüquq mühafizə orqanları verməlidir. Ümumiyyətlə, Fransa parlamentinin xanıma və azərbaycanlı gəncə qarşı belə bir cinayət törətməsi qəbuledilməzdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB