Fəzail Ağamalı: “Ermənilərin yaramazlığı bir daha sübut olundu” MÜNASİBƏT

Fəzail Ağamalı: “Ermənilərin yaramazlığı bir daha sübut olundu” MÜNASİBƏT

"Artıq bir neçə ildir ki, Xocalı faciəsi ilə bağlı Azərbaycan dövlətinin, cəmiyyətinin, diasporasının eləcə də xaricdə yaşayan soydaşlarımızın apardığı iş öz müsbət nəticələrini verməkdədir". Bunu SİA-ya millət vəkili Fəzail Ağamalı Xocalı faciəsi ilə bağlı Azərbaycanın gördüyü işlərə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Xocalı faciəsinin tanıtdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətləri vardır: " "Xocalıya Ədalət" adı altında başlayan kompaniya ardıcıl xarakter daşıyaraq öz səmərəli nəticələrini verir. Bu aparılan iş artıq bir sıra ölkələrin parlamentlərində Xocalı soyıqırımın tanınmasına gətirib çıxardı. Əminəm ki, yaxın zaman kəsiyində dünya parlamentlərinin böyük əksəriyyəti bu faciəni tanıyacaq. Məlumdur ki, İslam Konfransı Təşkilatı (İKT) da artıq Xocalı faciəsini rəsmi olaraq soyqırım kimi tanıyıb. Bu çox mühüm hadisədir. Bir sözlə, aparılan iş öz səmərəsini verir. Ayrı-ayrı ölkələrin Ermənistan səfirliyi qarşısında təşkil etdikləri aksiyalar müsbət addımlardan biri kimi dəyərləndirilməlidir. Lakin biz bununla kifayətlənməli deyilik. Bundan sonra daha ardıcıl, daha geniş şəkildə bu işlərimizi davam etdirməliyik".

F.Ağamalı ötən gün Azərbaycanın Fransadakı diasporunun fəal üzvlərinin paytaxt Parisdə, xüsusilə də, parlamentin binasında ermənilər tərəfindən döyülməsini və fransalı senatorların isə həmin hadisəyə laqeyd münasibət bəsləməsinə də aydınlıq gətirib: "Bu hadisə ermənilərin aqressivliyini, dözümsüzlüyünü, başqalarının fikirlərinə zor tətbiq etməyin onların xarakterinə aid olduğunu və yaramaz bir millət olduğunu ortaya qoydu. Çox sevindirici haldır ki, həmin vətəndaşlarımızın arxasında Azərbaycan dövləti dayanır. Bununla bağlı ölkə hakimiyyəti rəsmi şəkildə öz münasibətini bildirib. Biz sonadək öz mübarizəmizi davam etdirməliyik və çalışmalıyıq ki, həmin hadisənin günahkarları məsuliyyətə cəlb olunsunlar, qanun qarşısında cavab versinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə