Fransa, səsin çıxsın!

"Söz azadlığı, demokratiya, insan hüquqlarını təbliğ edən bir ölkədə belə bir hadisənin baş verməsi və bu hadisəyə Fransa parlamentariləri tərəfindən fətva verilməsi həmin dövlət üçün böyük bir ləkədir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Fransada Azərbaycanlı tələbələrin fransız parlamentarilərinin göstərişi ilə döyülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu hadisə insan hüquq və azadlıqlarına zidd olan bir addımdır: "Şəxsi maraqları üstün olduğu üçün Fransa parlamentariləri bu məsələdə dözümsüzlük nümayiş etdiriblər. Bu bir tərəfdən təəssüf doğurur, digər tərəfdən isə onu göstərir ki, Azərbaycan diasporası xaricdə kifayət qədər güclənib. Buna görə də hər vəchlə onları susdurmağa çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə