İki azərbaycanlı vəhşicəsinə döyülüb

İki azərbaycanlı vəhşicəsinə döyülüb

Fransada keçən əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 21-ci ildönümünun qeyd edilməsinə cavab olaraq, Fransanın Milli Assamleyasının binasında bu ölkədəki erməni icmasının nümayəndələri qurumdakı Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə birlikdə "Sumqayıt hadisələrindən 25 il sonra: hazırki vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" mövzusunda yığıncaq keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 40 nəfərin iştirak etdiyi yığıncaqda "Sumqayıt hadisləri" zamanı "həlak" olan ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən orada iştirak edən Parisdəki "Azərbaycan evi"nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmamışlar. Ermənilərin Sumqayıtda baş verən hadisələrə iftira və yalan donu geydirmələrinə, həqiqəti gizlədərək ölkəmizə qarşı böhtan yağdırmalarına dözməyən M.Fətəliyeva əsl genosidin-Xocalı faciəsinin məhz bu gün baş verdiyini bəyan edib.

M.Fətəliyevanın sözləri erməniləri qəzəbləndirib və onlar hər iki azərbaycanlını möhkəm döyərək ağır bədən xəsarəti yetiriblər. Təəccüb burasındadır ki, bu hadisələr Fransanın Avropa Şurası Parlament Assambleyasındakı deputat qrupunun üzvü Fransua Roşeblanın iştirakı ilə baş verib.

Hadisə yerinə dərhal polis çağırılıb. Ağır vəziyyətdə xəstəxanya çatdırılan Mirvari və Vüsal həkim müayinəsində keçirilib. Həkimlər iki qabırğası sındırılan Vüsalın vəziyyətinin ağır olduğunu bildirib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və digər əməkdaşlar ermənilər tərəfindən xəsarət yetirilən soydaşlarımıza baş çəkmiş və onların vəziyyəti ilə maraqlanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə