"Nəhayət, dünya ölkələri haqq səsimizi eşitməyə başlayıb"

"Xocalı soyqırımı erməni qəsbkarlar tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş insanlığa sığmayan ən ağır cinayətdir. Buna görə də ermənilərin bu vəhşiliklərini dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik. Xocalı soyqırımının tanıdılması ilə bağlı beynəlxalq aləmdə, o cümlədən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində aparılan işləri yüksək qiymətləndirmək lazımdır. Bu işlərin daha da gücləndirilməsi olduqca vacib məsələdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Xocalı soyqırımının tarixin ən ağır cinayətlərdən biri olduğunu bildirən R. Zeynin sözlərinə görə, son dövrlər Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası bütün dünyada geniş vüsət alıb. Təbii ki, bu da öz müsbət təsirini göstərməkdədir.

O, Xocalı soyqırımının bir sıra dövlətlər tərəfindən tanınmasını təqdirdəlayiq hal hesab edərək hər bir kəsi bu istiqamətdə daha fəal olmağa çağırıb: Avropa Birliyinə üzv olan Çexiya dövlətinin Xocalı soyqırımını tanıması müsbət göstəricidir. Nəhayət, dünya ölkələri haqq səsimizi eşitməyə başlayıb. Bu səbəbdən də QHT nümayəndələri bu kampaniyanı davamlı şəkildə həyata keçirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə