"Bu gün ölkədə gənclərə hər cür şərait yaradılıb, gənclərə meydan verilib ki, öz bilik və bacarıqlarını nümayiş etdirsinlər. Lakin bu şəraitdən sui-istifadəni düzgün hesab etmirəm. Bir sözlə, müxalifətin aksiyalarında iştirak edən gənclər kimlərinsə maraqlarının qurbanına çevrilməmək üçün ayıq-sayıq olmalıdırlar". Bunu Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, "İctimai Palata"nın keçirdiyi qanunsuz aksiyalarda gənclərin iştirakı müsbət hal deyil: "Ona görə ki, gənclər həmin aksiyalara aldadılaraq çıxarılır. Gənclərdən istifadə etməklə ictimai asayiş pozulur, dağıdıcılıq və pozuculuğa meylli hərəkətlər edilir. Bu da həmin gənclərin gələcəyi üçün çox ciddi problemlər yaradır. Xüsusilə, narahatçılıq törədən əsas məsələlərdən biri odur ki, bəzi gənclər kimlərinsə alətinə çevrilib, məhz onların çirkin maraqlarına xidmət edirlər".
Partiya funksioneri onu da vurğulayıb ki, bütövlükdə "İctimai Palata"nın qanunsuz aksiyalarında meydanlara çıxan 5-10 gəncin mövqeyini yalnış hesab edir: "Ona görə ki, həmin gənclər bilməlidir ki, onlar məhz kimisə gündəmdə saxlamaq üçün o aksiyaya çıxarılıb. Əslində, həmin aksiyalar hər hansı bir xırda məsələyə etiraz fonunda Əli Kərimli və İsa Qəmbər kimi şəxsləri gündəmdə saxlamağa xidmət edir. 2011-ci ildə martın 11-də "İctimai Palata"nın mitinqi keçirilmişdi. Hətta, adını da "böyük xalq günü" qoymuşdular. Həmin aksiyada bir neçə gənc qanunsuz əməlinə görə hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilmişdi. Sonra da həmin gənclərin istintaqı belə bitməmiş xarici ölkələrə istirahətə getdilər. Belə hallar dəfələrlə olub. Bir neçə gəncdən istifadə etməklə özlərinə hansısa dairələrdən maliyyə yardımı almaq siyasi partiyanın nizamnaməsinə ziddir. Lakin belə hallar olursa, onları siyasi qüvvə kimi qələmə vermək yalnışdır. Gənclər "İctimai Palata"nın qanunsuz aksiyalarında çox diqqətli olmalı, kimlərinsə əlaltısına çevrilməməlidir. Çünki bu, perspektivli yol deyil".
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB