Millət vəkili Uşak Universitetinin rektoru ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Uşak Universitetinin rektoru prof.dr Sait Çelikle görüşüb. Böyüyən gənc nəsillər, univerditet tələbələri arasında ortaq tariximizin və Azərbaycan həqiqətlərinin daha geniş öyrədilməsi və təbliğ olunmasının vacibliyi xüsusi vurğulanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Görüşdə Uşak Universitetinin rektoru prof.dr Sait Çelik qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu da bildirib.

Görüş zamanı Azərbaycanın millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Uşak Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini bildirib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili hər iki ölkənin orta və ali məktəblərində ortaq türk tarixinin, mədəniyyətinin tədrisinin vacibliyini də qeyd ediblər.

Millət vəkili Qənirə Paşayeva Uşak Universitetinin rektoruna Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat veriblər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. Uşak Universitetinin rektoruna Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar təqdim edilib. Böyüyən gənc nəsillər, univerditet tələbələri arasında ortaq tariximizin və Azərbaycan həqiqətlərinin daha geniş öyrədilməsi və təbliğ olunmasının vacibliyi xüsusi vurğulanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Görüşdə millət vəkili Qənirə Paşayeva Uşak Universitetin rektorunu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini bildirən Uşak Universitetinin rektoru professor Sait Çelik dəvəti məmnuniyyətlə qəbul edib, yaxın zamanlarda ölkəmizə səfər edəcəyini və bu səfərin rəhbərlik etdiyi Uşak Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib.

Görüşdə DAK başkan yardımçısı Asif Kurban , Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə