Elşən Musayev: ““Siyasi kamikadzelər”in əksəriyyəti heç tələbə deyil”
Bəzi siyasi qrupların fevralın 27-də tələbələri boykota çağırması ictimaiyyət nümayəndələri, gənclər tərəfindən birmənalı qarşılanmayıb. Onlar hesab edirlər ki, bu, bəzi siyasi qrupların tələbələrdən öz məqsədlərini həyata keçirmək üçün sui-istifadə cəhdidir. SİA-nın verdiyi məlumata görə, Azərbaydan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də məsələyə münasibət bildirib.
Partiya sədri bu insanları əslində qınamadığını bildirib: "Səhərdən axşama qədər sosial şəbəkələrdə Azərbaycan iqtidarını söyməklə, icazəsiz aksiyalarda öz qaraguruhçuluğunu, sahib olduğu səviyyəni göstərməklə gənclik missiyasının bitdiyini düşünən adamın nəyinə lazımdır təhsil? Belələrindən bundan artıq nə gözləmək olar? Təbii, baykot edəcəklər. Hələ o tərəfə də keçəcəklər. Bilirsinizmi niyə? Çünki həmin qrupun, həmin ünsürlərin bu həyatda ən çox nifrət etdiyi şeylərdən biri də məhz təhsildir. Onlar təhsilli insan görəndə sanki qıcıqlanırlar, təhsilli insan onların ən böyük düşmənidir. Və deyim ki, həmin o baykot çağırışında xüsusi fəallıq nümayiş etdirən "siyasi kamikadzelər"in əksəriyyəti heç tələbə deyil, elmdən, intellektdən tamamən uzaq biriləridir, ömründə bir dəfə də olsun kitab üzü açmayan binəvalardır".
E.Musayev maraqlı faktı da açıqlayıb: "Zamanında AXCP sədri Əli Kərimli öz yaxın çevrəsinin ona ünvanladığı "Niyə intellektuallarla işləməyə meylli deyilsiniz?", - sualına maraqlı cavab verib. Deyib ki, "Bizim məhz təhsili, beyni olmayanlara ehtiyacımız var. Ağıllı adam nəyimizə lazımdır? Ya da biz ağıllı adamın nəyinə lazımıq? Belələrini öz fikirlərimizə, ideyalarımıza inandırıb, onları plansız və rabitəsiz şəkildə necə meydanlara tökə bilərik ki?
Bax, bu gün haqqında söhbət gedən baykot çağırışı da həmin o Əli Kərimli ideologiyasının növbəti "təntənəsi"dir. Belə liderin davamçılarından isə məhz o cür təşəbbüs gözlənilər. Çünki beyin limitləri budur, görə biləcəkləri işin həndəvəri budur, ən nəhayət arzuladıqları budur: Azərbaycan gəncliyi nəzarətdən çıxsın, xaosa sürüklənsin, yabanı, bəsit təfəkkürə sahiblənsin. Qısaca, öz günlərinə qalsın!
Amma məqsədlərinə çata bilməyəcəklər! Arzu ünvanlarının heç kandarından da keçə bilməyəcəklər. Çünki onların düşüncələri Azərbaycan reallıqlarının fövqündədir və həmin reallıqlar özündə tam fərqli həqiqətləri ehtiva edir. Əsl gənclik, ən böyük gənclik Azərbaycan Prezidenti cənab İlham Əliyevin, dövlətçiliyin yanındadır. Həmin gəncliyi isə intellektual, dünyagörüşlü, eyni zamanda millətçilik ənənələrini, dəyərlərini özündə və fəaliyyətində əxz edən kontingent təşkil edir.
Və nəhayət son olaraq bir daha vurğulayıram: Müxalifət təmsilçilərinin növbəti blefinə kimsə uymasın! Bu aksiya deyil, açıq bir təxribat cəhdidir. Hansısa hüquq və azadlıqların təminatına deyil, qarşıdurmaya və itaətsizliyə yönəlik təşəbbüsdür. Belə bir təşəbbüs isə heç bir halda gerçəkliyə çevrilmə imkanı qazanmayacaq!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB