Əli Həsənov: "ATƏT və digər beynəlxalq təşkilatlara ayıb olsun!"

Ermənistanda keçirilən seçkilərə müsbət rəy verən ATƏT-ə də, digər beynəlxalq təşkilatlara da ayıb olsun". SİA-nın verdiyi xəbərə görə bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Türkiyə səfirliyində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, 20 ildir, ATƏT bizi aldadır: "Bu nə bəyanatdır veriblər? Heç nə olmayıb, seçki gözəl keçib. Məgər bu doğrudanmı belədir? Təşkilat Ermənistan Mərkəzi Seçki Komissiyasının ölkədə guya 2,5 milyon seçici olduğu barədə məlumatını xatırladıb. Dünya ölkələrinin hamısında səsvermə hüququ olan seçicilərin sayı ümumi əhalinin 50-54 faizini təşkil edir. Belə olan təqdirdə Ermənistanda 2,5 milyon seçici necə ola bilər? ATƏT bərli-bəzəkli bəyanatlar verməklə məşğuldur. ABŞ Dövlət Departamenti də bu bəyanatı təsdiqlədi və onun bəzəyini bir az da artırdı. Bax, bu göstərir ki, biz dünyada təklənmişik, yeganə yanımızda olan dövlət Türkiyədir. Ona görə də hər birimiz ayıq-sayıq olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə