Rektor: "Bəyəm söz azadlığı öz xalqına böhtan atmaqdan ibarətdir?!" MÜNASİBƏT

Rektor: "Bəyəm söz azadlığı öz xalqına böhtan atmaqdan ibarətdir?!" MÜNASİBƏT

"Əkrəm Əylislinin "Daş yuxular" əsərini mən də oxumuşam. Əsərdə Azərbaycan xalqının xeyrinə heç bir müsbət fikrə rast gəlmədim". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov deyib.

O bildirib ki, əsərdə ancaq ermənilər təriflənir: "Azərbaycan yazıçısı olaraq deyil, hər hansı bir ölkənin yazıçısı kimi iki xalqın etdiklərini əsərdə yarı- yarıya bildirmək qəbul edilən ola bilərdi. Ancaq Azərbaycanın xalq yazıçısı kimi belə əsər yazmaq yolverilməzdir. Əsər başdan ayağa şər böhtan xarakterlidir".

"Əsəri oxuyandan sonra Əkrəm Əylislinin mənşəyinin hansı xalqdan olmasına şübhə etdim. Hər kəsin söz azadlığı var deyirlər. Bəyəm söz azadlığı öz xalqına böhtan atmaqdan ibarətdir?! O əsərində Azərbaycan xalqını qəddar, erməniləri isə çox mülayim xalq kimi qələmə verib. Bütün bu hərəkətlərinə görə də onun səmimiliyinə inanmaq mümkünsüzdür",- deyə əməkdar elm xadimi fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə