Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini- icra katibi, millət vəkili Əli Əhmədov bu gün Neftçalada partiyanın rayon fəalları ilə görüş keçirib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, səfər görüşlərində icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edir.
YAP funksionerləri ilə yanaşı Naftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də tədbirdə iştirak edib. Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bildirib ki, 4063 nəfər üzvü olan rayon təşkilatının 1642 nəfərini gənclər, 1870 nəfərini isə qadınlar təşkil edır. YAP-ın Neftçala rayon təşkilatının üzvləri daim dövlətçiliyimizin inkişafında öz töhvələrini veriblər və bundan sonra da fəaliyyətlərində bu kursu davam etdirəcəklər.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Neftçala rayonunda son illər tikilən sosial obyektlərdən, infrasturuktur lahiyələrindən söhbət açılıb. Anar Cəfərov yaxın zamanlarda Neftçalada YAP-ın rayon təşkilatının yaranmasının 20 illik yubleyinin keçiriləcəyini də diqqətə çatdırıb.
Daha sonra çıxış edən YAP-ın icra katibi Əli Əhmədov YAP-ın 20 ildə Azərbaycanın iqtisadi, sosial inkişafında mühüm xidmətləri olduğunu diqqətə çatdırıb: "Ulu Öndər Heydər Əliyevin arzu etdiyi Yeni Azərbaycan sözün həqiqi mənasında müasir, yeni Azərbaycan dövləti kimi bütün dünyada tanınıb. Bütün bu işlər məhz prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilib. Bu gün Azərbaycanın inkişafı statistik rəqəmlərlə deyil, reallığa uyğun olaraq nəticələrlə sübuta yetirilir. Bu gün respublikamızın hər yerində quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi xalqın maddi rifahının yüksəlməsinə, gündəlik yaşayışının yaxşılaşmasına xidmət edir. Ona görə də Azərbaycan xalqının əksər mütləqiyyəti növbəti 5 ildə də prezident kürsüsündə yenidən İlham Əliyevi görmək istəyirlər. Məhz buna görə də yerlərdə YAP-ın fəalları daha aktiv olmalı, görülən işləri təbliğ etməlidirlər. Təbii ki, yerlərdə narazı olan insanlar da var. Biz bu narazılığın nədən yaranmasını araşdırmalı və həllinə nail olmalıyıq. Çünki yerlərdə insanlara xidmət edən səlahiyyətli şəxslərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir. Biz bu cür çatışmazlıqlardan həm müxalifət düşərgəsində olanların, həm də Azərbaycanı xaricdə istəməyən qüvvələrin bəhrələnməsinə imkan verməməliyik. Prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir ki, ictimai-siyasi proseslərdə fəal olsunlar. Buna əsasən, biz də fəaliyyətimizdə gəncələrə, həmçinin qadınlarımıza önəm verməliyik. Qadınların da ictimai-siyasi hadisələrdə fəal olması vacibdir. Çünki sabitliyin nə olduğunu qadınlar, analar daha yaxşı dərk edirlər. Qadınların təbliğat, təşviqat işlərində öndə olması vacibdir. Qarşıdan gələn prezident seçkisində hər bir YAP üzvü İlham Əliyevin yenidən qələbə əldə etməsi üçün səylərimizi səfərbər etməliyik".
Ə.Əhmədov Neftçala rayon fəallarının, partiyanın gənc üzvlərinin da bu prosesdə öndə olacağına ümid etdiyini bildirib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB