Rusiya prezidenti Vladimir Putinin özü hüquqşünas olduğuna görə, beynəlxalq hüququn qaydalarını da çox gözəl dərk edir. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı planına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) həm üçüncü, həm də yeddinci maddəsi heç də Rusiyaya icazə vermir ki, Azərbaycan öz ərazisində hansısa bir separatizmə və yaxud da digər bir hərbi əməliyyat apardığına görə məsələyə müdaxilə etsin. Azərbaycan bunun üçün kimdənsə icazə almamalıdır: "Rusiya burada başqa bir faktı da yaddan çıxarmamalıdır. Əgər burada hərbi müdaxilədən söhbət gedirsə, Naxçıvanın Azərbaycan ərazisi olduğunu da unutmamalıdır. 1921-ci ildə bağlanan Qars müqaviləsinə əsasən Naxçıvana olan hər hansı bir müdaxilə Türkiyəyə müdaxilə hesab edilir. Yəni Rusiya nə qədər istəsə belə bu müdaxiləni reallaşdıra bilməz. Amma burada Azərbaycanın da kimdənsə icazə alması və yaxud nəyisə gözləməsi beynəlxalq qanunlarda belə yazılmayıb. Bu dövlətlərin öz qanunlarına zidd hərəkət ola bilər".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı konsepsiyasında bildirilir ki, Rusiyanın MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynayacağı, ələxüsus da Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarında əksini tapmış prinsiplər əsasında həllinə dəstək verməyə davam etdirəcəyi bildirilir.
Bundan başqa, Rusiyanın beynəlxalq ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, terrorçuluq, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi ümumi təhdid və təhlükələrə birgə cavab da daxil olmaqla, MDB ölkələri ilə qarşılıqlı surətdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcəyi vurğulanır. İlk növbədə Əfqanıstan ərazisindən qaynaqlanan bu təhlükələrin neytrallaşdırılması, Orta Asiya və Qafqazda sabitliyin pozulmasına yol verilməməsinə diqqət yetirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB