Millət vəkili: “Dünya qulaqlarını açıb, bu səsləri eşitməlidir” AÇIQLAMA
Hesab edirəm ki, 1990-cı illərlə müqayisədə, tək Xocalı soyqırımı ilə bağlı deyil, ümumilikdə Dağlıq Qarabağ problemi ilə bağlı müasir dövrdə təbliğat işi, ideoloji funksiya kifayət qədər səviyyəli aparılır. Bunu SİA-ya Xocalı şəhərinin kemiş icra başçısı, millət vəkili Elman Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, son 10-12 il ərzində Azərbaycan bu istiqamətdə çox uğurlar qazanıb: "Yəni Azərbaycan yüz ildən artıq bir dövrdə fəaliyyət göstərən, eyni zamanda saxtakarlığa, riyakarlığa, yalanlara əsaslanıb dünyanı barmağına dolayan erməni təbliğatının qarşısında çox aciz idi. Lakin cənab prezident İlham Əliyevin də dediyi "biz artıq müdafiə olunmamalıyıq və bu işdən hücuma keçməliyik" sözü xeyli dəyişikliklərə səbəb oldu. Beləcə, dövlət başçısı başda olmaqla və onun apardığı siyasət rəhbər tutularaq Azərbaycanda həm dövlət, hökümət təşkilatları, həm qeyri-hökümət təşkilatları (QHT), həm də siyasi partiyalar, ictimai qurumlar, gəncliyin ən qabaqcıl təbəqələri və s. hər kəs bu işin təbliğinə qoşuldu. Məlumdur ki, biz BMT TŞ-da təmsil olunuruq və orada bu məsələlər hər dəfə müzakirə olunub. Eləcə də Avropa Şurasında, Avropa İttifaqında, ATƏT-də, İslam Konfransı Təşkilatında (İKT) və s. Xocalı soyqırımı ilə bağlı məsələlərin qəbul edilməsi, qətnamələrin verilməsi bizim uğurlarımızdır. Biz cənab prezidentimizin, Heydər Əliyev Fondunu arxasınca gedirik. Təkcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünyanın 30-dən çox ölkəsində apardığı "Xocalıya Ədalət" kompaniyası bu gün öz nəticələrini verir. Amerika (ABŞ) prezidenti Barak Obamanın saytına ünvanlanan iki adda petisiyaların uğur qazanması o deməkdir ki, artıq Azərbaycan cəmiyyəti bu məsələlərə laqeyd deyil. Hesab edirəm ki, dünya qulaqlarını açıb, bu səsləri eşitməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB