Suriyadakı vəziyyətin normallaşdırılması üşün hakimiyyət və müxalifət arasında danışıqlar BMT-də başlaya bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi Qahirədə Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbilə görüşdən sonra bildirib. Onun sözlərinə görə, BMT-də Suriya hakimiyyətilə müxalifət arasında danışıqları başlatmaq olar: "Bu, dialoq və böhranın nizamlanması üçün başlanğıc ola bilər. Suriya müxalifətinin Milli Koalisiya və İnqilab Qüvvələrinin rəhbəri şeyx Əhməd Muaz əl-Xatıbın irəli sürdüyü təşəbbüs dəstəklənməlidir.Bu, bir imkandır, dünya ictimaiyyəti də onun müvəffəqiyyəti üçün birgə fəaliyyət göstərməlidir".
Həmçinin diplomat bildirib ki, Dəməşq artıq münaqişənin sülh yolu ilə həlli üçün dialoqa hazır olduğunu bildirib: "Biz hesab edirik ki, əgər müxalifətlə hakimiyyət nümayəndələri arasında BMT-də dialoq baş tutsa, qaranlıq tüneldən çıxa biləcəyik" .
Qeyd edək ki, L.Brahimi belə bir dialoqun qurulması üçün məkan adı çəkməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB