Millət vəkili Aydın Mirzəzadə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının Qars İl Başqanlığının dəvəti ilə Türkiyəyə səfərə yollanacaq. SİA-nın verdiyi xəbərə görə, millət vəkili Xocalı soyqırımı ilə bağlı Qars şəhərində mötəşəm tədbirdə iştirak edəcək.
A.Mirzəzadənin sözlərinə görə, tədbirə Qars şəhərinin tanınmış ictimaiyyət nümayəndələri və Azərbaycanın dostları olan insanlar dəvət olunub: "İl başqanlığı tərəfindən adıma Milli Məclisə dəvət göndərilib. Bununla əlaqədar olaraq fevralın 16-19-da Qarsda olacağam. MHP-nin Qarsdakı tədbirində iştirak edərək Xocalı soyqırımı ilə bağlı qarslı dostlarımıza məlumat verəcəyəm. Eyni zamanda tədbirdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsinin bugünki durumu ilə bağlı geniş tədqiqat açmaq fikrindəyəm. Türkiyədə Azərbaycanın ağrılı tarixi səhifələrinə maraq göstərilməsi və bununla bağlı böyük siyasi tədbirlərin keçirilməsi iki dövlət arasında dostluğun və qardaşlığın bariz nümunəsidir. Hesab edirəm ki, belə tədbirlərin keçirilməsi bizləri daha da yaxınlaşdıracaq".
Millət vəkili qeyd edib ki, səfər çərçivəsində Qarsda yaşayan Azərbaycan sevərlərlə də görüşəcək: "Səfər çərçivəsində Qarsda Azərbaycan sevərlərin fəaliyyəti ilə tanış olacağam, həmçinin onlara Azərbaycanın son illərdəki inkişafı ilə bağlı geniş məlumat çatdıracağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB