"ABŞ senatının üzvləri Cənubi Azərbaycan məsələsini gündəmə gətirmək istəyirlər. Çünki ABŞ buna önəm verir". SİA-nın məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Cənubi Azərbaycanda baş verən proseslərə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İranla Azərbaycan arasında gərginlik hələ də hökm sürür: "Ağ evin rəsmi səhifəsində Azərbaycanla bağlı bir neçə petisiya yerləşdirilib. Onlardan biri də Cənubi Azərbaycanla bağlıdır. İranda yaşayan azərbaycanlıların fəallığı ABŞ-ın diqqətini çəkməyə başlayıb. Buna görə də ABŞ Cənubi Azərbaycan amilinə önəm verir".
Politoloq onu da vurğulayıb ki, ABŞ konqresində ermənipərəst senatorların olması danılmaz faktdır: "İranın demokratikləşməsi ABŞ-ın başlıca istəklərindəndir. Rusiya isə Cənubi Azərbaycan mövqeyinə önəm verə bilməz. Çünki bu onun maraqlarına ziddir".
"İran hər zaman aktiv olaraq Azərbaycanın daxili işlərinə qarışır. Bununla yanaşı, Dağlıq Qarabağ məsələsində rəsmi olmasa da ermənilərin mənafeyindən çıxış edir",- deyə E. Şahinoğlu fikirlərinə əlavə edib.
Qeyd edək ki, tədbir mövzu ətrafında müzakirələrlə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB