Paruyr Hayrikyandan geri addım

Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Paruyr Hayrikyanın vəkili Levon Bağdasaryan Konstitusiya Məhkəməsinə etdiyi müraciəti geri götürmək üçün quruma məktub ünvanlayıb.

Keçiriləcək seçkilərə münasibət bildirən Paruyr Hayrikyan bunları deyib: "Seçkilər fevralın 18-də baş tutacaq. Heç bir alçaq, heç bir terrorist Ermənistandakı demokratik proseslərin taleyini təyin edə bilməz. Bu mənim prinsipial mövqeyimdir".

Bütün xəbərlər Facebook səhifəmizdə