“Xədicə İsmayılovanın özünü təqdimetmə üsulları tükənib” MÜNASİBƏT
Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkəran səfərinə polis heç bir müdaxilə etməyib. Bildiyiniz kimi yol-nəqliyyatının tənzimlənməsi ilə bağlı dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Çünki yollarda sürücülər tərəfindən sürət həddinin artırılması ilə bağlı xeyli sayda qəzalar baş verir. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Müsavat başqanı İsa Qəmbərin Lənkəran rayonuna səfərinin baş tutmamasına münasibət bildirərkən deyib.
YAP Siyasi şurası üzvünün sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün bəzən yolların tənzimlənməsinin zərurəti ortaya çıxır: "Hesab edirəm ki, bundan hər hansı bir şou düzəldərək, xırda məsələni siyasiləşdirərək özünü gündəmə gətirən insan üçün bu sadəcə olaraq gülünc doğurur. Adını siyasətçi qoyaraq və bu işlə məşğul olan adamın xırda bir detalı siyasiləşdirmək cəhdinin özü elə cəfəngiyyata hesablanıb. İsa Qəmbər və digərlərinin əsas məqsədi sadəcə olaraq "qarışqanı fil etməkdən ibarətdir. Bu gün Azərbaycan cəmiyyəti hər şeyə öz dəyərini, qiymətini doğru və düzgün şəkildə verir. Belə olan təqdirdə hesab edirəm ki, İ.Qəmbərin hansısa bir hadisəni şişirtməyinin heç bir yeri yoxdur".
A.Hüseynov ötən həftə "Azadlıq radiosu"nun əməkdaşı Xədicə İsmayılovanın jurnalist adı altında keçirdiyi aksiyaya da münasibət bildirib: "Vaxtıkən Xədicə İsmayılovanın adını heç kim tanımırdı. Bu insan bir neçə ay bundan qabaq məşhur hərəkətləri ilə gündəmdə idi. Gəlin yada salaq bəs, hansı hərəkəti ilə? Sadəcə olaraq X.İsmayılova özünü gündəmdə saxlamağın bütün metodlarına və formalarına əl atıb. Bu insanın zamanında seçdiyi üsul ona uğur gətirməsə də amma adını xeyli məşhur etdi. Belə bir insanın ikinci dəfə jurnalıist adından çıxış edərək, cəmiyyətə hər hansı bir söz deməsi və yaxud yararlı fakir söyləməsi, ideya ortaya qoyması sadəcə olaraq cəfəngiyyat kimi qələmə verilməlidir. Çünki X.İsmayılova dedikdə bir qədər yaddaşlarda başqa abu-hava canlanır və formalaşır. Onun jurnalistlərə müraciəti və aksiya təşkil etməsi artıq keçmişdən xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB