Əli Əhmədov: "Azərbaycan gəncləri vətənpərvərlikləri sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcəklər"
Azərbaycan gəncləri vətənpərvərlikləri, fəallıq, güc və qüdrətləri sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcəklər. Bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin 2 fevral - Gənclər Günü ilə əlaqədar keçirilən toplantısında bildirib.
Əli Əhmədov deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur, gənclər siyasi fəallıq nümayiş etdirirlər.
"Azərbaycanın gələcəyi parlaqdır, çünki yüksək səviyyəli təhsil alan gəncləri hadisələri gecikmədən daha yüksək formada dəyərləndirməyə qadirdirlər. Bu, Azərbaycan dövləti tərəfindən onlara yaradılan şəraitin, ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir", - Əli Əhmədov bildirib.
Əli Əhmədovun sözlərinə görə, üzvlərinin sayı 600 minə çatan YAP-ın əsas hissəsi gənclərdən ibarətdir və həmi gənclər partiyanın cəmiyyətdəki rolunun daha da güclənməsi üçün mühüm fəallıq göstərirlər.
2013-cü ilin prezident seçkiləri ili olduğunu xatırladan Əli Əhmədov deyib ki, YAP-ın fəallığının təmin edilməsinə gənclər öz töhfələrini verəcəklər, Azərbaycanın gələcəyi naminə prezident seçkilərinin əhəmiyyət kəsb etməsi barədə təbliğat aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB