Anti-Azərbaycançı qüvvələr Ştrasserin məğlubiyyətindən nəticə çıxarmalıdır

Anti-Azərbaycançı qüvvələr Ştrasserin məğlubiyyətindən nəticə çıxarmalıdır

Avropa Şurası Parlament Assambleyasında Kristofer Ştrasserin Azərbaycanda "siyasi məhbus"larla bağlı hazırladığı sənədin keçməməsinə səbəb onun obyektiv əsaslarla hazırlanmamasıdır. Bunu SİA-ya açıqlamasında politoloq Hikmət Babaoğlu Kristofer Ştrasserin hazırladığı sənədin AŞPA-da qəbul olunmamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu sənəd K.Ştrasserin timsalında anti-Azərbaycançı mərkəzlərin Azərbaycanı şantaj etmək üçün hazırladığı sənəd idi: "Avropa Şurasının (AŞ) üzvü olan ölkələrin heç birinin siyasi leksikonunda "siyasi məhbus" ifadəsi yoxdur. Təəssüf ki, Avropada bəzi təzyiq qrupları var. Bu təzyiq qrupları ayrı-ayrı dövlətləri şantaj etməklə təmsil olunduqları dövlətlərin iqtisadi maraqlarını təmin edirlər. Bəzi mərkəzlər bu təzyiq qruplarından öz məqsədləri üçün istifadə edirdilər. Onlardan biri də Kristofer Ştrasser idi. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş hücum diplomatiyası sayəsində onun hazırladığı məruzə qəbul olunmadı. Bu Azərbaycan diplomatiyasının qələbəsidir. Hesab edirəm ki, anti-azərbaycançı qüvvələr Kristofer Ştrasserin məğlubiyyətindən nəticə çıxarmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə