Aydın Mirzəzadə: "Müxalifət mətbuatı erməni saytının təbliğatçısıdır"
"Bəzi xarici qüvvələr və onların göstərişlərini yerinə yetirən insanlar Dağlıq Qarabağ probleminin kökü və erməni millətçilərinin torpaqlarımıza və mədəniyyətimizə iddasını cəmiyyətin yaddaşından silmək üçün fəaliyyət göstərir". Bunu SİA-ya açıqlamsında millət vəkili Aydın Mirzəzadə "İctimai dialoqlar" saytının yaydığı məlumatları və müxalifət mətbuatının bu məsələdə Leyla Yunusu dəstəkləməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu saytda münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı materiallara rast gəlinir: "Bu gün həmin saytda yerləşdirilən informasiyalar göstərir ki, saytın yaradıcıları Azərbaycanda milli maraqların unudulması üçün yaddaşsızlıq sindromu yaratmaq istəyirlər. Təsadüfi deyil ki, bu məsələni reallaşdırmaq istəyənlər indiyə kimi Dağlıq Qarabağ münaqişəsinin carçısı və Azərbaycan hökumətinin ən böyük tənqidçiləri olan şəxslərdir. Müxalifət mətbuatını izlədikdə görürük ki, onlar bu saytın təbliğatını aparır. Həmçinin erməni xislətinin Azərbaycana leqal yolla ötürülməsi ilə bağlı materiallar yerləşdirir. Bundan əlavə onlar Leyla Yunusun keçirdiyi aksiyada iki Azərbaycanlı qadının etirazını təxribat kimi qələmə verirlər. Bununlada Azərbaycan radikal müxalifətinin Dağlıq Qarabağ məsələsində və erməni millətçiliyinə qarşı mübarizədə maraqlı olmadığını göstərir. Belə cəhdlər vaxtilə çox olub. Ancaq onlar unudurlar ki, Azərbaycan cəmiyyəti yaddaşsız insanlar toplusu deyil. Hesab edirəm ki, bu insanların atdığı addımlar uğursuzluqla nəticələnəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB