“Ambassador Club Magazine” jurnalının təqdimatı oldu

“Ambassador Club Magazine” jurnalının təqdimatı oldu

Bu gün Avropa İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə nəşr olunan "Ambassador Club Magazine" jurnalının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində Avropa İqtisadi Palatasının Azərbaycandakı nümayəndəsi Nizami Piriyev, jurnalın baş redaktoru, "Global Network Partners Company" şirkətinin direktoru Rüfət Sultanzadə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, Azərbaycanda akkreditə olunmuş digər ölkələrin səfirləri iştirak ediblər.

Jurnalın baş redaktoru R.Sultanzadə çıxışında bildirib ki, 3 ayda bir dəfə i.ıq üzü görəcək jurnalın nəşri ideyası M.Brayzaya məxsusdur. Jurnalda fərqli diplomatik nümayəndələrin rəhbərlərinin müsahibələri, elmi-publisistik və tarixi-sosioloji məqalələr, eksklüziv fotosessiyalar, Azərbaycanda və dünyada baş verən hadisələr öz əksini tapacaq. Bundan əlavə Avropa İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə "Global Network Partners Company" şirkəti ilə birlikdə Bakıda "Səfirlər Klubu" yaradılıb. Klub 2-3 ayda bir dəfə toplanacaq.

Qeyd edək ki, jurnal rus dilində dərc olunub. Ancaq gələcəkdə onun Azərbaycan və ingilis dillərində də nəşri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə