Ölkə başçısı: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır”

Ölkə başçısı: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır”

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilib. SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda söyləyib.

Dövlət başçısı deyib ki, bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir: "Burada biz müxtəlif alətlərdən istifadə edirik. Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcəkdir. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə