"Dağlıq Qarabağ münqişəsi ilə bağlı üstünlük Azərbaycanın tərəfindədir". Bu sözləri Cənubi Qafqaz" politoloqlarının diskussiya klubunun bu gün Bakıda keçirdiyi "2012-ci ildə xarici siyasətin yekunlarının təhlili və 2013-cü ilin perspektivləri" mövzusundakı mətbuat konfransında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, 2012-ci ildə münaqişənin həlli istiqamətində müəyyən addımlar atılsa da, konkret olaraq heç bir nailliyyət əldə olunmayıb: "Buna səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Münaqişənin həll olunmaması üçün Ermənistan bütün imkanlarından istifadə edir. Buna ATƏT-in Minsk qrupunun münaqişənin həllində maraqlı olmaması da mühüm təsir göstərir. Ancaq bütün bunlara baxmayaraq, münaqişənin həllində diplomatik baxımdan üstünlük Azərbaycan tərəfindədir. Ermənistan bu münaqişənin həllində maraqlı olsa da, olmasa da münaqişənin həllində irəliləyişlər olmalıdır. Ermənistan tərəfi bildirir ki, 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlində heç bir irəliləyiş olmayacaq. Bu da rəsmi İrəvanın maraqlarına qulluq edən mövqedir. Azərbaycanın təkidi ilə beynəlxalq qurumlar bu məsələnin həllində səylərini artırırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB