Ali Məclisin sədri səfirlə görüşdü

Ali Məclisin sədri səfirlə görüşdü

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İranın Azərbaycandakı səlahiyyətli səfiri Möhsün Pakayina ilə görüşüb.

SİA-nın məlumatına görə, Ali Məclisinin sədri Vasif Talıbov səfirə yeni fəaliyyətində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələr daha da inkişaf edəcək.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda əlaqələrin gələcək inkişafı üçün bundan sonra da səylərin göstəriləcəyi vurğulanıb.

Qeyd edək ki, İranın Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli də görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə