İSA QƏMBƏROVU BARMAQLARINA DOLADILAR
Müxalifətin "qabaqda" gedən zəncirlisi İsa Qəmbərovu bütün cəbhəçi və müsavatçılar sözün həqiqi mənasında ortaya atıb dürtmələdilər. Adamın yazığı da gəlir bu adamcığaza. "Bəy"in eynəyindən tutmuş Brazliyanın futbol meydançasına bənzəyən başına qədər vəsf edib meyxanalar deyib, nağıllar söylədilər.
Deməli, "Azadlıq radiosu"nda "İşdən sonra verilişində iştirak edən İ. Qəmbərov yenə də xislətinə uyğun olaraq sualları cavablandırıb. Yanvarın 7-də qonaq qismində verilişə qatılan İ.Qəmbərov veriliş başlayar-başlamaz başlayıb özüməxsus hərəkətlərinə. Belə ki, adətən qonağın qabağındakı stola stəkanda su qoyulsa da İsa "bəy"in qabağına su qoyulmayıb. Və bu da onu əsəbləşdirib. Özünü saxlaya bilməyən Qəmbərov verilişin aparıcısı Xədicə İsmayıla "deyəsən Azadlıq radiosunun suyunu kəsiblər" deyərək əsəbi şəkildə sualları cavablandırıb. Stolun üstündə suyun qoyulmaması təsadüfi bir şey də deyil. Bu "Azadlıq radiosu"nun birbaşa İ. Qəmbərova qarşı olan haqqlı hörmətsizliyidir.
Verilişin sualları olduqca qıcıqlandırıcı idi. Məsələn, İsa "bəy"in 20 ildir məğlub olmasına, müxalifətin onu vahid namizəd kimi görməməsinə baxmayaraq hələ də hansı ümidlərlə seçkiyə getdiyini ondan soruşanda o da adəti üzrə cavab verdi. Və ya "A İsa "bəy" sizi kim qovurdu ki, belə tez prezidentliyə namizədliynizi verdiz?" replikasına verilən cavab göstərdi ki, bu adam bu 56 ildə nə üçün yaşadığını da aydınlaşdıra bilmir. Ancaq məsələ bununla bitmədi.
Veriliş qurtaran kimi Facebookda İsa Qəmbərovun şəninə şeirlər, meyxanalar qoşuldu. Belə ki, yazar Günel Mövludun açdığı "AZADLIQDA XƏDİCƏ GÖYNƏN GEDİR, İSA QƏMBƏRO SEÇKİYƏ NƏYNƏN GEDİR?" qafiyəsinə meyxanalar deyiblər. Deyişməyə bir çox tanınmış jurnalistlər və bitərəf şəxslər də qoşulublar. Meyxanadan bir-iki nümunə:
XƏDİCƏ İSMAYIL:
Namizəddən jurnalistə nə yoldaş,
Seçən sizsiz, mən də sizə arkadaş
Çətin sual verilməsə, çaşar baş
Yaxşı lider debata ürəynən gedir,
Xədicə kimdir ki, Azadlıqda göynən gedir,
İsa Qəmbər seçkiyə nəynən gedir?
GÜNEL MÖVLU:
Biz heyranıq onun həvəs, şövqünə
Yaman çıxır proseslərin fövqünə
Ola bilməz söz Başqanın zövqünə
Mitinqlərə dama-dama köynəynən gedir.
İsa Qəmbər seçkiyə nəynən gedir?
İSA QƏMBƏR:
Günel xanım, meyxana əvəzinə mən sizə sms göndərsəm olar?:)
GÜNEL MÖVLUD:
Olmaz belə hava belə küləklə
Ağız şirin olmaz halva deməklə
Pis başqanlar fırıldaqla, kələklə
Yaxşı Başqan lap sms-nən gedər!
İSA QƏMBƏR:
1985-ci ildə sevdiyim xanıma yazdığım şeirdən bir bənd göndərim?
GÜNEL MÖVLU:
1985-ci ilde sevdiyiniz xanımı hələ də sevirsinizsə - göndərin
İSA QƏMBƏR:
Аида,
ты моя Нефертити,
Клеопатра,
Семирамида,
Не сравнятся с тобой
ни Лорен,
ни Монро,
ни Лолобриджида
Аида,
Будь рядом со мной,
Пожалей своего бедного мюрида
С тобой даже в аду
Обойдусь я без гида.
Sən öl, İsa "bəy"in meyxana demək, şeir gupbuldatmaq qabiliyyəti də varmış. Qoşasan onu Bayram Kürdəxanılının yanına, başlayalar meyxanay. Ancaq adam qorxur, bir də gördün Bayram içəridən qəzetlərə məktub yazıb ki, məni İsa Qəmbərov satıb. Yaxşısı budur, sənətkarı saxtabaza tay etməyək. Hələ bu harasıdır, sosial şəbəkələrdə İsa Qəmbərovun əleyhinə əməlli-başlı təbliğat gedir. Maraqlısı budur ki,təbliğatı cəbhəçi və müsavatçılar aparırlar.
Dünən Kənan Seyidov adlı Facebook istifadəçisi statuslarında anons verdi ki, "əlimdə İsa Qəmbərlə bağlı olan rüsvayçı fakt var". Bu statusa dalbadal gələn şərhlərdə açıq-aydın yazılırdı ki, artıq 200-dən artıq Faceobook istifadəçisi olan cəbhəçi və müsavatçılar ona qarşı hansısa addıma əl atacaqlar. Bundan başqa Qədim Babayev (cəbhəçi) yazır ki, o bir neçə dəfə İsa Qəmbərlə qadın profili yaradaraq tanış olub və olduqca "səmimi" söhbətləri baş tutub. Qrupda yer alanlar içərisində Mirzə Sakit, Səxavət Soltanlı və başqaları da var. Qrup üzvləri qrupun adını hələlik açıqlamasalar da artıq İ. Qəmbərin yarıtmaz siyasi fəaliyyətinə həsr olunan satirik şeirlər, məsəllər yazılır.
Ancaq atalarımız elə bil, bütün əxlaq məsəllərini radikal liderlərin şəninə ölçüb-biçiblər. Utanmadan oynamaq üçün sadəcə İsa Qəmbərov olmaq kifayət edər. Necə ki, yenə də namizədliyini "irəli sürüb...!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB