Baş nazirin ilk Afrika səfəri

Baş nazir Rəcəb Tayyib Ərdoğan ilk dəfə Afrika ölkələrindən Qabon, Niger və Seneqala səfər edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, səfərdə Ərdoğanı nazirlər, millət vəkilləri, bürokratlar və iş adamları müşayiət edir. Baş nazir yanvarın 10-na qədər davam edəcək səfərinin ilk günündə Qabonda olub.

Ərdoğan səfərdən əvvəl verdiyi açıqlamada Afrika ölkələri ilə əməkdaşlığın hər gün artdığını, Afrikaya açılım siyasəti ilə 4 il ərzində bu qitədəki səfirliklərin sayının 12-dən 31-ə yüksəldiyini, yaxın vaxtlarda bu rəqəmin 34-ə çatdırılacağını deyib. Baş nazir 2003-cü ildə Afrika ilə ticarət dövriyyəsinin 5 milyard dollar olduğunu, hazırda 17 milyard dollara yüksəldiyini, 2015-ci il üçün hədəfin 50 milyard dollar olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə