Elçin Mirzəbəyli: "Əli Kərimli İsa Qəmbərin vahid namizədliyini qəbul etməyəcək"
Əfv fərmanı Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin iradəsi sayəsində reallaşdırılıb. Ölkə rəhbərliyi hər zaman öz vətəndaşlarına qarşı bu kimi humanist addımlar atır. Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin məhbuslarla bağlı hazırladığı sənədə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı qərəzli münasibət bəsləyən hər hansı bir şəxsin, insanın və yaxud dırnaqarası hüquq müdafiəçilərinin iddialarına görə, ölkəmiz öz mövqeyini müəyyənləşdirmir: "Məhz buna görə də qarşı tərəfən verilən bəyanatların heç bir əsası yoxdur. Onlar hər zaman belə bir formalaşdırmağa çalışacaqlar ki, guya Azərbaycan hansısa təzyiqlər qarşısından geri çəkilir. K.Ştrasserin belə bir bəyanatla çıxş etməsi qərəzli, aqressiv düşüncəli bir insan olduğundan xəbər verir".
E.Mirzəbəyli həmçinin seçkilər öncəsi Müsavat Partiyasının başqanı İsa Qəmbərin AXCP sədri Əli Kərimli arasında yaranan konfiliktə də toxunub: "Müsavat Partiyasının başqanı İsa Qəmbər lider olarkən belə heç bir dəyişiklər edə bilməyəcək. İ.Qəmbər bu günə qədər nə edib ki, bundan sonra da yeni nəsə edə bilsin. Əgər biz son 20 ilin tarixçəsinə diqqət yetirsək görərik ki, İ.Qəmbər və onunla eyni düşərgədə olan insanların timsalında Azərbaycan siyasətində hər hansı bir dəyişiklik baş verməyib. Bu insanlar heç demokratik prinsiplərin həllinə belə nail ola bilmirlər. Mən hələ də başa düşə bilmirəm ki, bu insan hansı dəyişiklərdən söhbət aça bilər. AXCP sədri Əli Kərimli ilə İsa Qəmbər heç vaxt bir-birlərini qəbul etməyiblər və bundan sonra da bu belə olacaq. Bu iki insan yalnız bir şeydə razılığa gələ bilərlər ki, bu da birlik görüntüsü yaratmaqdan ibarətdir. Onlar çox gözəl anlayırlar ki, artıq İctimai Palata daxilində parçalanmalar baş verir. Ə.Kərimli İ.Qəmbərin vahid namizədliyini qəbul etməyəcək. AXCP sədri tərəfindən sosial şəbəkələrdə İ.Qəmbərə qarşı təhqirləri oxuyarkən belə bunu aydın sezmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB