"Düşünmürəm ki, müxalifətlə iqtidar bir araya gəlməlidir". SİA-nın verdiyi xəbərə görə bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. Onun sözlərinə görə, iqtidar iqtidardır, müxalifət isə müxalifət: "İqtidar seçkidə qalib gəlib, ölkə siyasətini yönəldən və bütün sahələrə rəhbərlik edən siyasi qüvvədir: "Müxalifət isə alternativ mövqe ortaya qoyan siyasi qüvvədir. Ona görə, bu təşkilatların bir araya gəlməsi, birləşməsi, vahid olması ilə bağlı illuziyaları kənara qoymaq lazımdır. Sadəcə müzakirələr ola bilər, bu və ya digər məsələ ətrafında fikir mübadiləsi aparıla bilər. Ümumiyyətlə, iqtidarla müxalifət arasında birliyin olmamasından narahatlıq hissi keçirmirəm. Amma ayrı-ayrı düşərgə içərisində vahid mövqenin əldə olunmasına dair gözləntilər var. İqtidar düşərgəsində vahid mövqe var və Azərbaycan xalqının mütləq əksəriyyəti bu mövqeni dəstəkləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB