"Hazırda Gürcüstanda qaza görə tarifin azaldılması mümkün deyil"

"Hazırda Gürcüstanda qaza görə tarifin azaldılması mümkün deyil"

Azərbaycanla münasibətlər Gürcüstan üçün strateji xarakter daşıyır və heç kəs bu əlaqələri qurban verməyə çalışmır. SİA-nın məlumatına görə, bunu Gürcüstanın Baş naziri Bidzina İvanişvili bu gün Tbilisidə keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycanla əməkdaşlığın dərinləşməsinin tərəfdarıyıq və dekabrın 26-da Bakıya səfəri zamanı bu barədə söhbət aparılacaq: "Həmçinin aşağı qiymətə qaz tədarük etdiyinə görə Azərbaycana təşəkkür edirik. Bizə olduqca yaxşı qiymətə qaz tədarük etdiyinə görə Azərbaycana minnətdarıq.

İvanişvili onu da əlavə edib ki, hazırda Gürcüstanda qaza görə tarifin azaldılması mümkün deyil və bununla belə, qazın qiymətinin "rəmzi" azaldılması barədə danışıqlar aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə