"Müxalifət nümayəndələri ayrı-ayrı səfirliklərə işə gedirmiş kimi hər gün gedirlər. Həmçinin prinsiplərində hesabatsızdır". Bu fikirləri millət vəkili Aydın Mirzəzadə bəzi müxalifət partiyalarının ABŞ səfiri Riçard Morninqstarla görüşünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxalifəti ancaq hakimiyyətə gəlmək maraqlandırır: " Müxalifət üçün hakimiyyətə necə gəlmək maraqlı deyil. Onlar fərq etmir necə gəlsinlər. Ölkəni satmaq bahasına da olsa bu onların tək amalıdır. Həmçinin müxalifət siyasiləri yaxşı anlayırlar ki, seçki yolu ilə hakimiyyətə gələ bilməyəcəklər. Çünki onların sosial bazaları yoxdur. Bundan başqa cəmiyyəti maraqlandıran şüar və liderləri yoxdur".
Həmçinin millət vəkili bildirib ki, müxalifətin gündəmdə qalması üçün seçdiyi yollardan bir də xarici səfirlikləri, beynəlxalq təşkilatları maraqlandırmaq istəyidir: "Müxalifət bu istəyi elə kobud şəkildə edir ki, xarici qüvvələr belə onların həqiqətdənkənar fikirlərinə təəccüblə yanaşırlar. Bu gün müxalifət nümayəndələri ayrı-ayrı səfirliklərə işə gedirmiş kimi hər gün gedirlər. Nə barədə söhbət etdikləri, hansı öhdəlikləri götürdükləri məlum deyil. Hətta verdikləri bəyanatlar hansısa xarici qüvvələrin bəyanatlarına tamamilə uyğun gəlir. Bu baxımdan müxalifətin cəmiyyət adından danışmaq, özlərini cəmiyyətə lider kimi zorla qəbul etdirmək istəyi üçün bütün qapıları açmağa hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB