7 nəfərə edam hökmü!

İranın İsfahan şəhərində 7 nəfər edam edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, edam edilən məhbusların 6-sı narkotik maddələrin qaçaqmalçılığında, biri isə təcavüzdə günahlandırılıb. Hökm İsfahan İnqilab Məhkəməsi tərəfindən çıxarılıb. Edam olunan 6 nəfərdən həm silah, həm də 300 kq tiryək, 65 kq krak və heroin götürülüb. Eyni zamanda onların keçmişdə adam oğurluğu ilə də təqsirləndirildiyi bildirilib. Dara çəkilən digər məhbus isə soyuq silahla bir evə daxil olaraq onun sakininə təcavüz edib. Edam olunan şəxslərin ad və soyadları açıqlanmasa da, məhbusların 25-45 yaşları arasında olduğu qeyd edilib.

Verilmiş hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra İsfahan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə