"Məqsədimiz Xəzər və Qara dənizlər arasında əməkdaşlığı daha da inkişaf etdirməkdir"

"Məqsədimiz Xəzər və Qara dənizlər arasında əməkdaşlığı daha da inkişaf etdirməkdir"

"Avropan təhlükəsizliyinin təminatı növbəti 10 ildə bizim çiyinlərimizə düşür. ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin həll olunmasında nəzərəçarpan uğurlara imza atmır". SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

XİN rəhbərinin müavini 2013-cü ildə Ukraynanın ATƏT-ə sədrlik edəcəyini xatırladaraq, bu ölkənin GUAM platformasını həmin sədrlik dövründə daima diqqətdə saxlayacağına ümidvar olduğunu bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan GUAM-a sədrliyi dövründə bir neçə vacib təşəbbüslərlə çıxış edib, beynəlxalq aləmdə qurumun əlaqələrinin genişlənməsinə çalışıb. Əzimov katibliyin işini yüksək səviyyədə qiymətləndirərək vurğulayıb ki, katiblik regional layihələrin təşkilatçısı kimi çıxış etməklə beynəlxalq əməkdaşlığın genişlənməsində böyük iş görüb.

GUAM-ın baş katibi Valeri Çeçelaşvili iclasda bildirib ki, ümumi təhlükəsizliyə və iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verən GUAM-ın Parlament Assambleyası səylərin konsolidasiya edilməsi üçün bu istiqamətdə yaxşı platformadır: "Bizim əsas məqsədimiz Xəzər və Qara dənizlər arasında əməkdaşlığı daha da inkişaf etdirmək və bu istiqamətdə bir sıra layihələri icra etməkdir".

Çeçelaşvili xüsusilə azad ticarət zonalarının yaradılması, nəqliyyat dəhlizinin formalaşdırılması, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə