Milli Məclisdə GUAM Parlament Assambleyasının (PA) V iclası artıq öz işinə başladı. SİA-nın məlumatına görə, iclasa GUAM PA-nın sədri, azərbaycanlı millət vəkili Elton Məmmədov sədrlik edir. Bununla yanaşı, iclasda GUAM PA-nın milli nümayəndə heyətləri də iştirak edir.
Məmmədov açılışda bildirib ki, bu iclasın Bakıda keçirilməsi təşkilatın gələcək fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynayacaq: "Son dövrdə təşkilatın beynəlxalq aləmdə çəkisi artıb. Təşkilata üzv ölkələrdəki Dağlıq Qarabağ, Abxaziya və Dnetsryanı münaqişələrin hələ də həll olunmaması regionun, ümumiyyətlə Avropanın təhlükəsizliyinə ciddi zərbə vurur".
"Münaqişələrin hələ də həll olunmaması iqtisadi əməkdaşlığın genişləndirilməsinə də əngəl yaradır. Yalnız beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyü çərçivəsində regionda sabitlik bərqərar ola bilər", - deyə o çıxışına əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB