Erməni əsgərləri çıxış yolunu təslim olmaqda görür

Erməni əsgərləri çıxış yolunu təslim olmaqda görür

Erməni əsgər Azərbaycan Ordusuna təslim olmaq istəyib. SİA-nın verdiyi xəbərə görə, düşən əsgəri Ağdamın işğal altında olan Baş Qərvənd kəndi istiqamətindən Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçmək istəyib. Sakinlərin dediyinə görə, həmin hərbçi qoşunlar arasındakı neytral ərazidə Ermənistan Ordusunun əsgərləri tərəfindən atəşə tutulub. Onun ölüb, yaxud yaralandığı məlum deyil.

Qeyd edək ki, indiyədək analoji hal Ermənistan Ordusunun Dağlıq Qarabağdakı hərbi birləşmələrinin əsgərləri tərəfindən bir neçə dəfə təkrarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə