"Təhsil islahatlarının hüquqi bazası yaradılmalıdır"

"Təhsil islahatlarının hüquqi bazası yaradılmalıdır"

Çox təəssüflə qeyd edim ki, bu il də biz Azərbaycan təhsil sistemində islahatların hüquqi bazasını yarada bilmədik. SİA-nın məlumatına görə, bunu Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

A.Mollazadə deyib ki, Azərbaycanda müasir və dünyəvi bir ölkə kimi xalqımızın inkişafını istəyiriksə Azərbaycaın təhsil sistemi dəyişməli və inkişaf etməlidir: "Burda söhbət ali təhsil, orta təhsil, peşə təhsili, elm haqqında qanundan gedir. Hər bir müasir dövlətin və xalqın inkişafı onun təhsil səviyyəsi ilə ölçülür. Çox təəssüf ki, bu ildə biz bu qanunları müzakirə edirik. Baxmayaraq ki, bu qanunlar parlamentin iki sesiyasının iş planına daxil olmuşdu, ancaq müzakirələrinə nail ola bilmədik. Bunun üçün mən hər dəfə bunların müzakirəsini israrla tələb edirəm. Hesab edirəm ki, Azərbaycvan parlamentinin bunula bağlı xalq qarşısında böyük öhdəliyi var".

Bütün xəbərlər Facebook səhifəmizdə