Əbədiyaşar Heydər Əliyev TƏDBİR

Əbədiyaşar Heydər Əliyev TƏDBİR

Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatından 9 il keçir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə dekabrın 12-də resrublikamızın hər yerində olduğu kimi Lənkəranda da Ümummilli Liderin anım günü qeyd olunub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Araratının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının, səhiyyə müəssisələrinin işçiləri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstünü ziyarət edib və büstün önünə təzə-tər qərənfillər qoyublar .

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar ümumrayon torlantısı keçirilib. Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə geniş məruzə edib. Bildirib ki, Azərbaycan tarixinə qurucu, islahatçı rəhbər kimi daxil olan Heydər Əliyevin 1969-cu ildə siyasi rəhbərliyə gəlişi ilə resrublikanın dirçəliş, sürətli inkişaf dövrü başlanıb. Ölkə qısa zaman ərzində inkişaf, tərəqqi yoluna qədəm qoyub. Kənd təsərrüfatı, sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, təsərrüfatın bütün sahələrində misli görünməmiş nailiyyətlər əldə olunub.

İcra başçısı daha sonra qeyd edib ki, bu müdrik şəxsiyyətin yüksək diqqəti, gündəlik qayğısı sayəsində o illərdə Lənkəran da çox sürətlə inkişaf etmiş, bütün sahələrdə yüksək qələbələr qazanılıb. Məhz Ümummilli Liderin təşəbbüsü və gərgin səyi nəticəsində ötən əsrin 70-80-ci illərində Lənkəranda çoxlu sayda sosial obyektlər, təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib.

İcra başçısı məruzəsində daha sonra əlavə edib ki, 1993-cü ildə Azərbaycan ən ağır, məşəqqətli günlərini yaşayırdı. Məhz Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev zəkası, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi Azərbaycanı vətəndaş müharibəsindən, rarçalanmadan, dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi.

Məruzəçi sonra Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətindən bəhs edərək Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramlarının uğurla icra edilməsindən, dövlət başçımızın Lənkəran rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı son sərəncamların əhəmiyyətindən söz açıb, o cümlədən Lənkəran rayonunun gündən-günə çiçəklənməsindən, hazırda rayonumuzda ararılan genişmiqyaslı yenidənqurma, tikinti və abadlıq işlərindən danışıb.

Sonra məruzə ətrafında müzakirələrdə Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov, Prezident təqaüdçüsü Mirhaşım Talışlı, YAP-ın Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev və Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva çıxış edərək ürək sözlərini bildiriblər.

Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan qısametraylı film nümayiş etdirilib.

Həmin gün Kiçik Bazar məscidində ŞİH-nin təşkilatçılığı ilə ehsan verilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə