"Xalq 2013-cü il seçkilərində də öz namizədi qismində İlham Əliyevi görür"
Azərbaycan xalqının prezident seçkiləri ilə bağlı təsəvvürlərinin əsasını təşkil edən ideya növbəti beş ildə də ölkəmizə İlham Əliyevin rəhbərlik etməsi ilə bilavasitə əlaqədardır. SİA-nın verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı YAP Xətai rayon təşkilatında keçirilən tədbirdə çıxışı zamanı deyib.
İcra katibinin sözlərinə görə, belə bir ictimai düşüncənin formalaşması Azərbaycanın inkişafı və bu inkişafın hər bir Azərbaycan vətəndaşında, ailəsində özünü göstərməsi ilə əlaqədardır. "Hər bir Azərbaycan vətəndaşı və ailəsi bu inkişafdan öz payını götürür və bundan sonra da Azərbaycanın inkişafını İlham Əliyevin Azərbaycana rəhbərlik etməsində gördüyündən 2013-cü ilin prezident seçkilərində də özünün namizədi qismində məhz İlham Əliyevi görür. Bu yanaşmanı Azərbaycan gəncliyi də bölüşür. Azərbaycan gəncliyi İlham Əliyevin rəhbərliyi, ortaya qoyduğu reallıqlardan, sabitlikdən və əmin-amanlıqdan, inkişafdan, gələcəyin layiqli vətəndaşları kimi yetişmək imkanlarının mövcud olmasından faydalanır və bütün bunlar toplum halında Azərbaycan gəncliyinin də 2013-cü ilin prezident seçkilərində namizədin məhz İlham Əliyevin şəxsiyyətində görməsini şərtləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB