Cümşüd Nuriyev: "Bu, ABŞ demokratiyasının iç üzünü göstərir"

Söhbət 907-ci düzəlişin qüvvədə qalmasından gedir
Cümşüd Nuriyev: "Bu, ABŞ demokratiyasının iç üzünü göstərir"

907-ci düzəlişin qüvvədə qalması ABŞ-ın Azərbaycana qarşı siyasi qısqanclığından irəli gəlir. Bunu SİA-ya açıqlamsında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, bu sanksiyanın qüvvədə qalmsının nə siyasi, nə də hüquqi əsası var.

"907-ci düzəliş əslində əslində SSRİ-yə qarşı tətbiq olunmuş ticarət sanksiyasıdır. Bu sanksiyanın tətbiq olunduğu ölkələr - Ermənistan, Gürcüstan, Qırğızıstan sanksiyalardan azad olunduğu halda Azərbaycana qarşı qərəzli mövqe hələ də davam etdirilir. Hətta Qırğızıstan Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Burada ABŞ demokratiyasının iç üzü açıq şəkildə görünür. Belə qərəzli addımın atılmasında demokratiyadan söhbət belə gedə bilməz. ABŞ bütün məsələlərdə olduğu kimi bu məsələyə də ikili standartdan yanaşır. Sanksiyaların aradan qaldırıldığı ölkələrin heç biri nə siyasi, nə də iqtisadi gücü baxımından Azərbaycanla müqayisəyə gəlməz dərəcədədir. Buna baxmayaraq onların üzərindən bu sanksiya götürülüb. Ancaq Azərbaycan 15 ildir bu təşkilatda məşvərətçi statusunda çıxış edir".

Bütün xəbərlər Facebook səhifəmizdə