Hər il 21 milyon adam insan alveri qurbanı olur

Hər il 21 milyon adam insan alveri qurbanı olur

Hər il dünyada 21 milyon adam insan alverinin qurbanına çevrilir və 14 milyon adam isə məcburi əməyə cəlb olunur. SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, general-leytenant Vilayət Eyvazov ATƏT-in Bakı Ofisi tərəfindən təşkil olunan "İnsan alveri və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi" mövzusunda çıxışı zamanı səsləndirib.

Qeyd olunub ki, hər il Azərbaycanda insan alveri ilə mübarizəyə orta hesabla 500 min dollar vəsait ayrılır: "İnsan alveri ilə mübarizə çərçivəsində Azərbaycanda Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. 2006-cı ildən bu yana Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkar olunub. Bu faktlardan 10 məcburi əməyə cəlb etmə olub, 363 nəfər məsuliyyətə cəlb edilib, 225 qrup zərərsizləşdirilib, Onlardan 8-i mütəşəkkil cinayətkar qrup olub. İnsan alveri ilə mübarizə nəticəsində 473 qurban azad olunub və reablitasiya edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə