"Parlament üzvü hər kəsin fikirlərinə münasibət bildirməməlidir"

"Parlament üzvü hər kəsin fikirlərinə münasibət bildirməməlidir"

Parlament üzvü hər kəsin fikirlərinə münasibət bildirməməlidir. Bunu SİA-ya açıqlamsında millət vəkili Aydın Mirzəzadə "REAL" Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun Milli Məclisi "zoopark" adlandırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər bir kəsin öz fikirlərini sərbəst ifadə etmək hüququ var: "Belə olan təqdirdə hər bir şeyin qanun çərçivəsində həll olunmasını tərəfdarıyıq. Azərbaycan müstəqil suveren dövlətdir və ona görə də hər bir hərəkət qanunla tənzimlənir".

Millət vəkili hesab edir ki, adi bir vətəndaşın çıxışına görə, onu məhkəməyə verilməsi doğru deyil: "Belə məsələlərdə dözümlülük və yüksək mədəniyyət daha vacibdir. Hər bir vətəndaşın fikri onun mədəniyyəti və dünyagörüşüdür. Azərbaycan demokratik ölkə olduğuna görə, hər bir kəs sərbəst şəkildə fikrini ifadə edə bilər".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə