"Liberalizm və münaqişənin həlli"

"Liberalizm və münaqişənin həlli"

Bu gün Post-sovet təfəkkürünün durulması: Liberalizm və münaqişənin həlli mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı giriş nitqi ilə Milli və beynəlxalq araşdırmalar mərkəzinin rəhbəri Leyla Əliyeva açaraq deyib ki, bu kimi dəyirmi masaların keçirilməsi ölkə dəyərlərinin inkişafında müstəsna əhəmiyyət kəsb edəcək. Bildirilib ki, 20 ildir Qərb dövlətlərinin, ATƏT, BMT və beynəlxalq təşkilatların səyinə baxmayaraq münaqişələr hələ də öz həllini tapmır: "Burada daxili faktorlar vacib rol oynayır. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti (ADC) dövründə çox mühüm və proqressiv parlament mövcud idi. Liberal islahatlarlar əlaqədar Azərbaycan siyasi dövriyyəsində mütəmadi olaraq müzakirələr aparılır. Münaqişənin həllinə mane olan bir neçə amili göstərə bilərik: Birincisi, provosonalizm- (yerliçilik). İkincisi isə modernizmçilik. Bütün bunları tezis formasında belə səciyyələndirmək olar.

İlia dövlət universitetinin qafqaz tədqiqatları beynəlxalq məktəbinin müdiri Ghi Nodia isə bildirib ki, insan azadlığı ona görə vacibdir ki, onun ləyaqəti vardır: "Liberalizm özü də ləyaqətin qarşılıqlı olaraq tamamlanmasıdır. Bu 2 səbəbdən baş verir. Birincisi, iqtisadi azadlıq digəri isə mədəniyyət yəni tolerantlıqdır. İnsanlar dini və milli mənsubiyyətindən asılı olmayaraq eyni mədəniyyətə malikdirlər. Bəs, gəlin görək bunu münaqişə ilə necə əlaqələndirə bilərik? Liberalizm polimik və münaqişəlidir. Liberal insanlar hər zaman digər şəxslərdə xüsusi dəyərə önəm verirlər. Bu da öz növbəsində münaqişlərin təsir gücünü qismən azaldır.

Sonda digər çıxış edənlər də Liberalizm faktoru ilə bağlı maraqlı fikirlər səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə