Ermənistan rəsmiləri ardıcıl olaraq Azərbaycanın ünvanına heç bir əsasa söykənməyən, obyektivlikdən uzaq ittihamlar səsləndirir. Hesab edirəm ki, bu bəyanatlar artıq gecikib. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, bu bəyanatların verilməsinin bir çox səbəbi var: "Bu gün artıq dünya ictimaiyyəti dilə gətirməyə başlayıb ki, Ermənistan status-kvonu süni yollarla saxlamağa çalışır. Ermənistan bu məsələdə özünü o qədər "məsuliyyətsiz" aparır ki, dünya ictimaiyyətinin onu müdafiə etməsi üçün arqumentləri qalmayıb. Dünya ictimaiyyətinin bu mövqeyinə qarşı onlar informasiya mübarizəsində əks hücuma keçərək siyasi simalarını qorumağa çalışırlar. Amma bu addımların heç bir əhəmiyyəti olmayacaq. Çünki dünya ictimaiyyəti artıq Ermənistanın əsl simasına bələddir. Daha doğrusu, etiraf etməkdədir. Hal hazırda elə bir vəziyyət yaranıb ki, Azərbaycanın davamlı olaraq danışıqları hər zaman davam etdirməyə hazır olduğunu bəyan etməsi bir daha erməniliyin iç üzünü gözlər önünə sərir. Azərbaycan isə böyük təmkinlə qeyd edir ki, beynəlxalq hüquq normalarına uyğun şəkildə münaqişəni həll etməyə hazırdır. Bütün bunlara rəğmən tənzimləmə prosesində heç bir addım atılmır".
Politoloq hesab edir ki, Ermənistan prezidentinin və rəsmilərinin açıq aşkar beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirməsi, danışıqlar prosesini süni şəkildə uzatmağa çalışması özlərinə siyasi divident qazanmaq məqsədi daşıyır: "ATƏT-in Minsk qrupunun təklif etdiyi yenilənmiş Madrid prinsiplərinə Azərbaycan tez bir zamanda müsbət cavab verdi. Ancaq işğalçı Ermənistanın indiyədək bu prinsiplərə cavab verməməsi çıxış yolu qoymur. Ermənistanın qeyri-konustruktiv mövqeyi, beynəlxalq hüquqa hörmətsiz yanaşması dünya ölkələri təfindən etiraf olunmaqdadır. Belə bir məqamda onlar çalışırlar ki, maksimum müdafiə olunsunlar. Bundan başqa Xankəndi aeraportunun açılması ilə bağlı S.Sarkisyanın aeraportun ilk sərnişinin o olacağı kimi bəyanatlar verməsi dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Bütün bunlar Ermənistanın diplomatik məğlubiyyətlərinin nəticəsidir ki, bu gün diqqəti yayındırmağa çalışırlar".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB