Cəmil Çiçək: “QİƏT regionda sülh layihəsidir"

Cəmil Çiçək: “QİƏT regionda sülh layihəsidir"

"Qara Dəniz regionundakı ölkələr müxtəlif mədəniyyətlərə malik olsalar da, Qara Dəniz bizim ortaq əməkdaşlıq məkanımızdır. Bu fərqliliyə baxmayaraq, əməkdaşlığımızı inkişaf etdirmək yalnız və yalnız xalqlarımızın maraqlarına xidmət edir". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı iclasında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

O bildirib kİ, Qara Dəniz bölgəsinin mövcud potensialı və iqtisadi inkişafı getdikcə dünyanın diqqət mərkəzinə çevrilir: "QİƏT regionda sülh layihəsidir və təşkilat yarandığı gündən bu yana bunu uğurla həyata keçirməkdədir, regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində ciddi fəaliyyət göstərir".

"Regionda sülh və sabitliyi təmin etmək üçün biz dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik", - Çiçək deyib.

TBMM sədri, həmçinin QİƏT çərçivəsində parlamentlərin sıx əməkdaşlığının, əlaqələrin qurulmasının qurumun digər istiqamətdə gördüyü işlər kimi əhəmiyyətli olduğunu, bölgə üçün vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə