Bu gün Yeni Azərbaycan Partiyası (YAP) ilə Kamboca Xalqları Partiyası (KXP) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. SİA-nın verdiyi məlumata görə, memorandumu YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və Kamboca Baş nazirinin müavini, hakim KXP-nin Daimi Komitəsinin üzvü Sok An imzalayıblar.
Əli Əhmədov deyib ki, YAP ilə KXP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) çərçivəsində sıx əməkdaşlıq edirlər. Bu memorandum hər iki ölkənin hakim partiyaları, eləcə də xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır.
Kamboca Baş nazirinin müavini, hakim KXP-nin Daimi Komitəsinin üzvü Sok An deyib ki, mən Azərbaycanda olmağımdan və YAP-ın yüksək səviyyədə təşkil etdiyi ICAPP-ın VII Baş Assambleyasında iştirakımdan çox məmnunam. Assambleya çərçivəsində imzaladığımız bu memorandum ölkələrimiz, xalqlarımız, partiyalarımız, hökumətlərimiz və parlamentlərimiz arasında əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Əminəm ki, əməkdaşlığımız daha da genişlənəcək və daha geniş sahələri əhatə edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB